Yaponiya və Kambocadan Ukraynaya kömək: Minaları təmizləyəcək

Yaponiya və Kambocadan Ukraynaya kömək: Minaları təmizləyəcək
07 İyl 2024 09:16

Yaponiya və Kamboca Ukraynada minatəmizləmə üzrə bilik və texnologiya mübadiləsi üçün layihə yaradıblar.

News365.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kambocanın Minalardan Təmizləmə Mərkəzinə səfəri zamanı bildirib.

Agentliyin məlumatına görə, bu mərkəz 1990-cı illərdə Kambocada onilliklərlə davam edən vətəndaş müharibəsinin sonunda yaradılıb. Mərkəz müharibə dövründə basdırılmış 4-6 milyon mina və digər partlamamış hərbi sursatları təmizləyir.

Y.Kamikava Yaponiyanın minalardan təmizləmə sahəsində ölkəsi ilə ardıcıl əməkdaşlıq etdiyini qeyd edib.

O, Kambocanın hazırda minalardan təmizləmə sahəsində dünyada aparıcı yerlərdən birini tutduğunu deyib.

Qeyd edək ki, 2022-ci ildən Ukrayna istehkamçıları Kambocada təlim keçməyə başlayıblar.


Youtube kanalımız

Oxşar xəbərlər