Bakının Ziya Bünyadov prospektində yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış.
News365.az xəbər verir ki, bu barədə Oxu.az-a mağaza sahibləri məlumat veriblər.
Sahibkarların sözlərinə görə, bir neçə ay əvvəl mağaza sahibləri ilə bu barədə danışıqlar aparılıb, ərazidəki obyektlərin qiymətləndirilməsi ilə bağlı işlər başlanılıb.
Lakin müəyyən səbəblərə görə köçürülmə prosesi gecikib: "Gəlib danışılmışdı, mağazaların qarşısına köçürülmə ilə bağlı işarələr vurulmuşdu. Amma sonradan söhbət uzandı".
Sahibkarlar bildirirlər ki, yanğın nəticəsində mağazalar və anbarda olan materiallar yanıb, sahibkarlara 1 milyon manata yaxın ziyan dəyib.