Xoşqədəm Doğuşu ağlatdı - VİDEO

Xoşqədəm Doğuşu  ağlatdı - VİDEO
11:36

“Survivor”a qatılan müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızından məktub alıb.

News365.az “Yeni Sabah”a istinadən  xəbər verir ki, o, məktubu oxuyarkən gözyaşlarına boğulub:

X.Hidayətqızı məktubunda yazıb: 

“Əziz həyat yoldaşım, sənsiz keçən hər gün çətin olsa da, ürəyimizdə ümid və səbrlə səni gözləyirik. İnanırıq ki, hər şey yaxşıdır. Sən də yaxşısan. Arda və Arın sənə sürpriz hazırlayırlar. Mənim dediyimi bilməsinlər. “Qəmsiz” mahnını pianoda ifa etmək üçün müəllimləri ilə məşqlərə başlayıblar. Hər an səni düşünürük. Sənsiz darıxırıq. Özünə yaxşı bax. Bil ki, səni sevən və həsrətlə gözləyən ailən var”.

Xatırladaq ki, Türkiyənin “TV8” kanalında yayımlanan “Survivor” yarışmasının builki proqramına bir neçə keçmiş iştirakçı qatılıb. 51 yaşlı Doğuş 14 ildən sonra yarışmada yenidən iştirak edir.




Sizin reklam burada
Sizin reklam burada