ABŞ-nin Kaliforniya ştatının dağlıq ərazisində 16 xizəkçidən ibarət qrup qar uçqununa düşüb.
Onlardan altı nəfər sağ qalıb, digərlərinin taleyi məlum deyil.
News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb.
"Uçqundan sağ çıxan altı nəfər hadisə yerində xilasetmə qüvvələrini gözləyirlər. Qalanları itkin düşmüş kimi siyahıya alınıb".