Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Panama Respublikasını iki ölkə arasında diplomatik münasibətlərin ildönümü münasibətilə təbrik edib.
News365.az xəbər verir ki, bununla bağlı XİN-in X-dəki hesabında paylaşım olunub.
“Azərbaycanla Panama arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Panamanı təbrik edirik!
Bu gündə ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda bildirilib