Xəyanət nəticəsində doğulan uşaqların da sayı artır- Hüquqşünas

Xəyanət nəticəsində doğulan uşaqların da sayı artır- Hüquqşünas
09:40

"Qazaxıstanda aləm dəyib bir-birinə. Atalıq testlərindən hər üçündən biri göstərib ki, qadın uşağı xəyanət nəticəsində doğub. Məşhur ingilis bioloqu Robin Baker “Sperm Wars” kitabında yazır ki, kişilərin azı 10%-i başqasının uşağını böyüdür".

Bunu News365.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O ehtimal edir ki, bizdə bu göstəricilər daha aşağıdır:

"Bura nə Bakerin yaşadığı Qərb, nə də hətta Qazaxıstan deyil. Hələ Nizami “İsgəndərnamə”də qıpçaq çölünün qadınlarının daha açıq-saçıq olduğunu İsgəndərin dili ilə vurğulamışdı: “Qadın ki, yadlara açar üzünü, Nə əri düşünər, nə də özünü”. Yeri gəlmişkən, İsgəndər qıpçaq çölünə elə Azərbaycandan getmişdi və müqayisə üçün əsası var idi. Bununla belə, “müasirlik” Azərbaycanda da özünü göstərməkdədir. Boşanmaların artmasının səbəblərindən biri də budur: qadınların başqa kişilərlə tez-tez və sıx təmasda olması adi hala çevrilir və bu yanaşma kişilərə sırınır. Nəticədə xəyanət nəticəsində doğulan uşaqların da sayı artır..."

News365.az


Sizin reklam burada
Sizin reklam burada