Xaricdə biznesi olan məmur övladları- SİYAHI

Xaricdə biznesi olan məmur övladları- SİYAHI
19 Mar 2025 09:37

Artıq bu bir ənənə alıb. Əksər məmurların övladları ölkə xaricində böyük biznes şəbəkələri qurur. Doğrudur, son zamanlar bu məsələ bir qədər səngiyib. Ola bilsin ki, informasiya qıtlığı var. Amma əvvəlki məmurların əksəriyyətinin övladları hələ də xaricdə eyş-işrət içində yaşayır.

News365.az xaricdə biznesi olan bəzi sabiq məmur övladlarının siyahısını hazırlayıb. Həmin siyahını təqdirm edirik:

1.     Anar Məmmədov

Eks-Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəri olduğu deyilir. Amma, onun dünyanın bir çox ölkələrində biznes şəbəkələri var. Anar Məmmədovun restoran və əmlak biznesilə məşğul olduğu deyilir. Qeyd edək ki, o həm də sabiq nazir, hazırda Millət vəkili olan Heydər Əsədovun kürəkənidir.

2.     Lətif Bağırov

Lətif sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun oğludur. 20  ilə yaxın nazirin oğlu Lətif Bağırovun Türkiyədə yaşayıb və burada biznes idarə etdiyi deyilir.

3.     Yunis Abbasov

Baş nazirin sabiq müvini və keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun oölu olan Yunis də xaricdə bizneslə məşğuldur. Onun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.

4.     Riyad və Emin Məmmədyarovlar

Onlar uzun müddət Xarici İşlər naziri Elmar Məmmədyarovun övladlarıdır. Onların ABŞ-da yaşadığı deyilir. Bir ara onların Nyu-Yorkun Riversayd bulvarında Tramp-Pleysdəki binalarda 4,5 milyon dollara mənzillər aldığı yazılmışdı.

 Cuma Əhmədzadə

Baş nazirin müşaviri, ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan məmur övladları sırasındadır. O, hazırda Londonda yaşayır. Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu deyilir.

 Anar Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adı mətbuatda tez-tez hallanır. Hazırda xaricdə yaşayan Anar Mahmudovun Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik etdiyi deyilir.

 İsrafil Abutalıbov

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricdə böyük bizneslə məşğul olduğu deyilir. Onun hazırda  Londonda yaşadığı bildirilir. Hacıbala Abutalıbovun digər oğlunun Almaniyada yaşadığı barədə məlumatlar var.

8.     Fərhad Əliyev

Sabiq Energetika naziri, mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev ailəsilə birgə Türkiyədə yaşayır. Onun Türkiyə və bir sıra Avropa ölkələrində böyük biznes qurduğu deyilir.

9.     Asim Müslümlü

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iki oğlundan biri – Asim Müslümlü də xaricdə yaşayır. Məlumatlara görə, o, Britaniyada – Edinburq Universitetində təhsil alıb. Asim Müslümlü hazırda İsveçrədə yaşayır və bizneslə məşğul olur.

Selcanxatun Məmmədova

Keçmiş Vergilər naziri, mərhum Fazil Məmmədovun qızı Selcanxatun ailəsilə birgə Londonda yaşayır və orada bizneslə məşğuldur.

Eldar Abbasov

10 ildən artıq Rabitə və Yüksək Texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasovun da Londonda yaşadığı deyilir. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evlidir. Hər iki məmur övladının Avropada geniş biznes şəbəkəsi olduğu deyilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada