Xalq artistinin oğlunu döyməyə görə daha 2 şəxs saxlanıldı

Xalq artistinin oğlunu döyməyə görə daha 2 şəxs saxlanıldı
13:43

Mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulu Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması ilə bağlı cinayət işi açılıb.

News365.az qafqazinfo-ya istinadla xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə istintaq aparılır.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılıblar.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.


Sizin reklam burada
Sizin reklam burada