News365.az xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrosu məlumat verib.
Məlumata görə, Moldova hökuməti noyabrın 12-də MDB çərçivəsində imzalanmış yeddi sazişin, o cümlədən iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını təsdiqləyib.
MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.
Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, hazırda Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri mövcuddur.