Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək
18:30

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında şəhər sakinlərinin qəbulu keçiriləcək.

DİN-in Mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30 sentyabr tarixinədək Sumqayıt Şəhər Polis İdarəsinə, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada