Saç tökülməsindən əziyyət çəkənlər üçün sosial şəbəkələrdə yeni bir ev üsulu resepti paylaşılıb. İstifadəçilər bu metodun həm ucuz, həm də hazırlanmasının olduqca asan olduğunu bildirirlər.
News365.az -ın məlumatına görə, spreyi hazırlamaq üçün 100 ml-lik plastik (mümkünsə şüşə) qab lazımdır. Proses aşağıdakı kimidir:
Butulkanın içinə 2 çay qaşığı nanəçöhər (carom seeds) əlavə olunur,
Üzərinə 2 çay qaşığı karvalol tökülür,
Daha sonra 80 ml adi süzülmüş su əlavə edilir.
Məlumatda qeyd olunur ki, qarışıq hazırlandıqdan sonra yaxşıca çalxalanmalı və gündə iki dəfə saç diblərinə tətbiq edilməlidir. İstifadədən sonra saçları yumağa ehtiyac olmadığı bildirilir.
Hazırkı mərhələdə bu metodun effektivliyi rəsmi şəkildə təsdiq olunmasa da, bəzi istifadəçilər nəticə gördüklərini iddia edirlər.