Şəkidə AĞIR QƏZA: 6 ağır yaralı...

Şəkidə AĞIR QƏZA: 6 ağır yaralı...
09 Noy 2025 23:20


Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin kimliyi müəyyənləşib.

Qəza zamanı 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdurahmanovun idarə etdiyi “Mercedes E-220” markalı, 04-BM-692 dövlət nömrə nişanlı avtomobillə 1994-cü il təvəllüdlü Pərviz Bəşarət oğlu Allahverdiyevin idarə etdiyi “Chevrolet Cruze” markalı, 55-CC-770 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü S. Abdurahmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

O, Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xüsusi qəza-xilasetmə alətləri vasitəsilə avtomobildən çıxarılaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Sizin reklam burada
Sizin reklam burada