Bu yolda hərəkət sxemi DƏYİŞDİ - Müvəqqəti olaraq ...

Bu yolda hərəkət sxemi DƏYİŞDİ - Müvəqqəti olaraq ...
09 Noy 2025 23:38

M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15–117-ci kilometrlik hissəsində bir müddətdir təmir işləri aparılır.


News365.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Məlumata görə, bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilib. Müvəqqəti təşkil edilən hərəkət sxemi təmir işləri başa çatanadək qüvvədə olacaq.


Tikinti aparılan hissədə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.


Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan ərazilərdə hərəkət zamanı xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edib.


Sizin reklam burada
Sizin reklam burada