““Vergi Məcəlləsinə”
təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət
sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq. Məqsəd daha çox sərmayələr cəlb
etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət
sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin
aşağı düşməsinə səbəb ola bilər”.
Bunu News365.az–a Millət vəkili Vüqar
Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasə, gələn aydan etibarən mədəniyyət
sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən
90 faiz azadolma veriləcək:
“Eyni
zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt
90 faizə qaldırılır. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı
1-dən 5-ə qaldırılır. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey,
simfonik orkestr və film prodüseri da əlavə edilir.
Ən vacib məqamlardan
biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir.
Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin
konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin
50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də
keşbek təbiq olunacaq”.
News365.az