Artıq xarici ölkələrdə konsertlərə dəvət alıram - Kəmalə Gunəşlidən açıqlamalar

Artıq xarici ölkələrdə konsertlərə dəvət alıram - Kəmalə Gunəşlidən açıqlamalar
19 Dek 2024 18:14

Son zamanların məşhur müğənnisi Kəmalə Günəşli maraqlı açıqlamalar verib. O, verdiyi müsahibədə sənət yolundan, üzləşdiyi çətinliklərdən və indiki fəaliyyətindən danışıb.


Kəmalə xanım bildirib ki, hazırda həm ölkədə, həm də xaricdə konsertlər verir:

"Bu ayın 21-i və 31-i Kazaxıstan, Özbəkistan və Bursada konsert proqramlarım var. Yeni ildə isə Moskvada çıxış edəcəyəm. Hazırda üç yeni mahnı ilə səhnədəyəm."


Amma sənətçi, keçmişdə bəstəkar və xalq mahnıları oxuyarkən, kifayət qədər dəvət almadığını qeyd edib:

"Zamanında bəstəkar mahnılarını və xalq mahnılarını oxuyurdum, amma məni heç dəvət etmirdilər. İndi isə demək olar ki, istənilən şou proqramda iştirak edirəm."


Kəmalə Günəşli həmçinin bəstəkarlarla əməkdaşlıq məsələsində çətinliklərlə üzləşdiyini deyib:

"Köhnə bəstəkarlar mənim kimi gənc ifaçıların səsini qiymətləndirmirlər. Əksinə, elə yüksək qiymətlər təklif edirlər ki, bunu ödəmək çox çətindir. Halbuki biz gənc ifaçıların yaxşı səsi var və sənətə həqiqətən xidmət edirik."


Toylarda oxumaqla bağlı da açıqlama verən müğənni, bu məclislərdə də xalq və bəstəkar mahnılarına üstünlük verdiyini bildirib:

"Toylarda açılış hissəsində hər zaman bəstəkar və xalq mahnıları oxuyuram. Camaat feyzyab olur, insanlar məni dinləyir. Amma sonra toy sahibləri konkret olaraq 'Tamara' və ya digər məşhur mahnıları oxumağı xahiş edirlər."


Kemalə Günəşli bu çətinliklərə baxmayaraq, sənətini sevərək davam etdirdiyini vurğulayıb:

"Mənim işim ifa etməkdir. Hansı mahnını verirlərsə, onu ən yaxşı şəkildə ifa edirəm. Amma bəstəkarlar və sənət adamları gənc istedadlara dəstək olmalıdırlar."




Youtube kanalımız