Ukrayna hakimiyyəti Vladimir Zelenski üçün ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət ala bilməyib. Bu barədə Resident.ua Ukrayna prezidentinin ofisindəki mənbələrə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Kiyevin bu mövzuda lobbiçilərdən istifadə etməsi nəticə verməyib. Məqalədə qeyd edilib ki, Zelenskinin ofisi indi Ukrayna nümayəndələrinin Vaşinqtona gedib “danışıqlar istəməsi”ni müzakirə edir.
Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti bəyan etmişdi ki, Ukrayna lideri Zelenski yanvarın 6-da baş tutacaq andiçmə mərasiminə dəvət edilməyib. Eyni zamanda Tramp Zelenskini tədbirdə qəbul etməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna prezidenti andiçmədə iştirak etmək istəsə buyurub gələ bilər.
Tural