Belarus prezidenti Aleksandr Lukaşenko Leninqrad vilayətinə işgüzar səfəri zamanı diqqət çəkən addım atıb. "Pul pervoqo" Telegram kanalının yaydığı məlumata görə, o, Ali Avrasiya İqtisadi Şurasının iclasından əvvəl odun doğrayıb.
“İlk iş gününün səhəri... Bəs siz vacib danışıqlardan əvvəl necə isinirsiniz?” - paylaşımda yazılıb.
Qeyd edək ki, Belarus lideri MDB-nin qeyri-rəsmi sammitində və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün dekabrın 25-də Sankt-Peterburqa gedib. MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün şəhərin yaxınlığında keçirilməsi qərara alınıb. Sammitin keçirilmə yeri kimi bütün mövsümi fəaliyyət göstərən “İqora” kurortunun ərazisindəki Buz Sarayı seçilib.
Tural