Venesuelada ABŞ-nin hərbi əməliyyatı nəticəsində 100 nəfər ölüb

Venesuelada ABŞ-nin hərbi əməliyyatı nəticəsində 100 nəfər ölüb
08 Yan 2026 10:05

Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı nəticəsində ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilib.

News365.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabello bildirib.

"100 nəfərin öldüyü məlumdur, təxminən eyni sayda da insan yaralanıb. Ölənlər münaqişə ilə əlaqəli olmayıblar", - o qeyd edib.

Ölən mülki şəxslərin dəqiq sayı açıqlanmayıb.

"The Guardian"ın daha əvvəl verdiyi məlumata görə, Venesuela ordusu həlak olmuş 23 hərbçinin siyahısını dərc edib.

Yanvarın 5-də Kuba hökuməti ABŞ-nin Maduronu ələ keçirmə əməliyyatı zamanı Venesuelada 32 kubalının həlak olduğunu bildirmişdi.

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əməliyyat zamanı heç bir amerikalı hərbçi ölməyib.

Ötən həftənin sonunda ABŞ hərbçiləri Karakasda Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirib və onu ABŞ-yə aparıblar. ABŞ Maduronu narkotik ticarətində iştirakda ittiham edir.


Sizin reklam burada
Sizin reklam burada