“Varlı adamlara az yaltaxlanın”- Nuri Suri

“Varlı adamlara az yaltaxlanın”- Nuri Suri
08 Yan 2026 14:45

Müğənni Nuri Suri sosial şəbəkədə son vaxtlar varlı və vəzifəli şəxslərlə bağlı yayılan qalmaqallara münasibət bildirib.

Sənətçi bildirib ki, əvvəllər imkanlı insanların hörmət və nüfuz sahibi olduğu kimi, pulla bir çox məsələlərin də həll olunduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda isə varlı olmaq müəyyən risklər yaradır.

“İndi isə varlı olmaq qorxuludur. Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir. Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox”, – deyə müğənni yazıb.

Nuri Suri daha sonra vicdan, sadelik və humanist davranışın yenidən dəyər qazanmasının vacibliyini vurğulayıb:

“Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan vaz keçsinlər.”

Sənətçi imkanlı şəxslərə müraciət edərək pullarını cəmiyyət üçün faydalı işlərə sərf etməyə çağırıb:

“Gedin yığdığınız pulları xeyirli işlərə xərcləyin – özünüzlə torpağın altına aparası deyilsiniz. Heç olmasa ağac əkin ki, nəfəs ala bilək.”


Sizin reklam burada
Sizin reklam burada