Reytinqli “Uzak Şehir” serialında mövsüm finalı ərəfəsində mühüm dəyişikliklər baş verir. Ekran işində əsas obrazları canlandıran aktyorlar layihəni bir-birinin ardınca tərk edir.
News365.az xəbər verir ki, son məlumatlara görə Şahin Albora obrazına həyat verən Alper Çankayadan sonra serialın əsas simalarından Demir Baybarsı canlandıran Ferit Kaya da komandadan ayrılır. İki mövsümdür ekran işinin ən sərt və təsirli obrazlarından birini canlandıran aktyorun hekayəsi dramatik sonluqla yekunlaşacaq. Artıq çəkilişləri tamamlayan aktyor üçün yaradıcı heyətin xüsusi vida mərasimi təşkil etdiyi də iddialar arasındadır. Alper Çankayanın isə layihədən öz istəyi ilə ayrıldığı və fəaliyyətini rəqəmsal platformada davam etdirəcəyi bildirilir.
Digər tərəfdən, Boran obrazını oynayan Burç Kümbetlioğlunun da layihə ilə yollarını ayıracağı yayılan xəbərlər sırasındadır. Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan bu ayrılıqlar mayın 25-də yayımlanacaq yeni bölümlə rəsmiləşəcək. Ekran işinin mövsüm finalında baş verəcək qanlı toy basqını ilə bir neçə əsas xarakterin hekayəsinə tamamilə son qoyulacaq.
Qısası, tamaşaçıların maraqla izlədiyi "Uzak Şehir" serialında toy səhnəsindəki qırğından sonra bir neçə baş rol ifaçısı layihəni tərk edəcək.