Uşaqları günvurmadan qoruyun!- Həkimdən XƏBƏRDARLIQ

Uşaqları günvurmadan qoruyun!- Həkimdən XƏBƏRDARLIQ
15:55

İsti yay günlərində uşaqlara nəzarət xeyli çətinləşir. Gün ərzində həyət-bacada oynayan, dənizə belə gedən uşaqlar saatlarla qızmar günəş altında qalırlar. Bu isə çox ciddi təhlükə yaradır.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, uşaqlarda günvurmanın əlamətləri belə olur:

“Hərarətin yüksəlir, baş ağrıları artır, başgicəllənmə, halsızlıq,ürəkbulanma, qusma, ağır hallarda huşun itməsi və hətta qıcolmalar baş verir. Belə hallarla rastlaşarkən uşaq dərhal kölgəyə və yaxud sərin otağa yerləşdirilməlidir. Əgər evdə kondisioneri 18-20 dərəcəyə qoymusunuzsa, uşağı ora yerləşdirməzdən əvvəl dərəcəni 24-25-ə çatdırın ki, kəskin temperatur fərqi yaşanmasın. Uşağın boynunu, sinəsini dar geyimdən azad edin ki, rahat nəfəs ala bilsin. Alnına boynuna soyuq kompreslər qoyun. Daim sərin su verin. Qazlı, rəngli içkilər verməyin. Həkim gələnədək dərmanlardan istifadə etməyin. Uşaqda qıcolmalar və huşun itməsi varsa, dərhal həkimə çatdırılmalıdır. Ən yaxşısı bu anomal istilərdə uşaqlar günəşin altında olmasın. Çimərlik günəş şüalarından qorumur, özünüzü aldatmayın”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada