Kiyevə hərbi dəstək azalıb - Çexiya nəşri

Kiyevə hərbi dəstək azalıb  - Çexiya nəşri
16 Apr 2024 16:43

Ukraynanın müttəfiqləri Qərb ölkələrinin anbarlarında bəzi silah növlərinin həddən artıq çox olmasına baxmayaraq, Kiyevə hərbi dəstəyin həcmini azaldırlar. Bu barədə Çexiyanın “Lidovky” nəşri  məlumat yayıb.

Müəllif Marek Qudema yazıb ki, Kiyevdə artıq "Patriot" kompleksləri və onlar üçün nəzərdə tutulan raketlər çatışmır. Məlumata görə, Avropa İttifaqı ölkələrində bu kompleksdən çoxdur və ABŞ hətta onları böyük partiyalarını istismar müddətinin başa çatması ilə əlaqədar tamamilə məhv etməyə hazırlaşır. 

Bundan əlavə, iddia olunur ki, Ukraynaya silah tədarükünün ləngiməsi anti-Ukrayna əhval-ruhiyyəsinin artması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ-nin dəstəyi olmadan Kiyevin Rusiya ilə münaqişədə qalib gəlmək şansı sıfıra bərabər olacaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər