"Ukraynaya hərbi yardım koalisiyası cəfəngiyyatdır" -Fransız general

"Ukraynaya hərbi yardım koalisiyası cəfəngiyyatdır" -Fransız general
08:52

Fransa Quru Qoşunlarının Xarici Legionunun istefada olan generalı Dominik Delavard diqqət çəkən açıqlamalar verib. O, Ukraynaya hərbi yardım göstərmək istəyənlərlə bağlı koalisiyasının yaradılması ideyasını tam cəfəngiyyat adlandırıb. 

Hərbçinin sözlərinə görə, Şimali Atlantika Alyansının bu cür koalisiyalar yaratmaq üçün lazımi resursları - nə şəxsi heyəti, nə də texnikası yoxdur. Təqaüddə olan general vurğulayıb ki, NATO-nun Avropa komponenti əslində “zəiflərin cəmidir”.

O əlavə edib ki, koalisiya yaratmaqla bağlı bütün söhbətlər indi heç bir nəticəsi olmayacaq danışıqlar sferasındadır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada