Beynəlxalq Olimpiya Komitəsi ukraynalı skeleton yarışmaçısı Vladislav Heraskeviç qış olimpiya oyunlarından kənarlaşdırılıb.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb idmançının taxdığı dəbilqə olub.
Belə ki, Vladislav Heraskeviçin taxdığı dəbilqənin üzərində Ukrayna-Rusiya müharibəsi nəticəsində həyatını itirən idmançıların şəkillərinin əks olunub. Beynəlxalq Olimpiya Komitəsi bunu siyasi mesaj kimi qəbul edi. Bunun idmana yaraşmayan hal olduğunu qeyd edərək idmanı siyasətə qarışdırmamağı və dəbilqənin əvəzinə qara lent bağlamağı idmançıya tövsiyə edib.
İdmançının bu xəbərdarlığa əhəmiyyət verməyib dəbilqəni taxmaqda israrlı olması onun yarışlardan kənarlaşdırılması ilə nəticələnib.
