Ukraynada baş verənlərə görə təkcə Volodya günahkar deyil - Lukaşenko

Ukraynada baş verənlərə görə təkcə Volodya günahkar deyil  - Lukaşenko
24 Apr 2024 16:38

Belarus prezidenti Aleksandr Lukaşenko Ümumbelarus Xalq Assambleyasında çıxışı zamanı diqqət çəkən fikirlər səsləndirib.

News365.az xəbər verir ki, o, deyib ki, Ukraynada hazırda baş verən hadisələrə görə məsuliyyət təkcə indiki prezident Volodimir Zelenskinin deyil, həm də ölkənin əvvəlki liderlərinin üzərinə düşür.

Minsk rəhbəri iddia edib ki, əvvəlki prezidentlər ölkəni talayıb, xalqı yoxsulluğa sürükləyiblər, öz cibləri isə qənimətlə dolu olub. O, əlavə edib ki, bir ölkəni çökdürmək üçün çox səy tələb olunmur: "Xarici banklardakı hesabları xatırlamaq kifayət edir ki, hökmdarlar özləri ölkədən imtina etsinlər. Bununla bağlı Haitidən Filippinə qədər çoxlu nümunələr var. Bütün bunlar isə Ukraynada Volodyanın dövründə yaradılmayıb. Və baş verənlərə görə günahkar təkcə o deyil".

O, əlavə edib ki, "Ukraynanın birinci prezidentindən tutmuş sonuncusuna qədər gözlərim qarşısında hər şey dağıdıb və qarət etdilər".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər