Ukrayna indi də rusların arağ zavodlarını vurur

Ukrayna indi də rusların arağ zavodlarını vurur
27 Dek 2024 11:28

Ötən gecə Ukrayna hərbçiləri Rusiyanın Tula vilayətində yerləşən spirt zavoduna zərbə endirmək üçün iki uğursuz cəhd edib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (VSU) hədəfi “Absolut” müəssisəsi olub. Şirkət tibbi deyil, qida spirtinin istehsalı üzrə ixtisaslaşıb.

Məqalədə Ukrayna döyüşçülərinin hücumlar üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi dəqiqləşdirilib: "Rusiya hava hücumundan müdafiə sistemləri ilk pilotsuz təyyarəni təxminən saat 3:00-da məhv edib. Təxminən 20 dəqiqə sonra zavodun ərazisində ikinci PUA məhv edilib. Dronlar on kilometrlərlə intervalla son dərəcə aşağı hündürlükdə uçurlarmış”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Youtube kanalımız