"ABŞ-nin vassalı kimi Rusiya ilə əlaqələri pozan Avropa uduzur".
News365.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında paylaşıb.
O, bildirib ki, Rusiya və ABŞ növbəti əsrdə mütləq dost olmayacaqlar və bir-biri ilə mübarizə hər cəhətdən baha başa gələcək.
"Biz yaxın 100 ildə dostluq münasibətlərinin olacağını gözləmirik. Amerika ilə birbaşa münaqişə açıq şəkildə dünya nüvə müharibəsinə çevriləcək", - deyə Medvedev qeyd edib.