Ofisin direktoru İsmayıl-əs Səvabitin "Anadolu Agentliyi"nə verdiyi müsahibədə qeyd edilib ki, baş verən hadisələr etnik qırğın halı almağa başlayıb:
"Baş verənlər soyqırımıdır, etnik təmizləmə siyasətidir. Ölənlərdən əlavə 10 mindən çox yaralı var. Bundan başqa, minlərlə vətəndaşımız İsrail ordusunun nəzarəti altında həbsdədir".
O, bildirib ki, beynəlxalq təşkilatların susqunluğu və hadisələrlə bağlı adekvat mövqe bildirməməsi hücumları cavabsız qoyur.