Ukrayna daha bir aerodromu vurdu: MiQ və “Su” məhv edildi

Ukrayna daha bir aerodromu vurdu: MiQ və “Su” məhv edildi
09 İyn 2025 21:15

İyunun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromuna zərbələr endirib.


News365.az əbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.


Bildirilib ki, zərbələr nəticəsində MiQ-31 və Su-30/34 də daxil olmaqla, Rusiya qırıcıları məhv edilib.


Qeyd edək ki, 1 iyunda Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi "Hörümçək toru" əməliyyatı nəticəsində 4 aerodromda Rusiyanın 41 hərbi təyyarəsi vurulmuşdu.


Sizin reklam burada
Sizin reklam burada