Yaxın Şərqdə təhlükəsizliklə bağlı yaranmış vəziyyət və bəzi ölkələrin hava məkanını bağlaması səbəbilə “Azerbaijan Airlines” (AZAL) aviaşirkəti İsrail, İran və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan bir neçə reysi ləğv edib.
AZAL-ın yaydığı məlumata görə, ləğv olunan reyslər bunlardır:
13 iyun
Bakı – Təl-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
Bakı – Tehran – Bakı (J2 8017/8018)
Bakı – Dubay – Bakı (J2 011/012)
14 iyun
Bakı – Təl-Əviv – Bakı (J2 021/022)
“Uçuşların təhlükəsizliyi AZAL üçün əsas prioritetdir”, – deyə şirkətdən bildirilib. Sərnişinlərə [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq tövsiyə olunur.