İran ordusu bu ölkənin ərazisinə daxil oldu

İran ordusu bu ölkənin ərazisinə daxil oldu
12 May 2026 23:40

SEPAH-ın Küveyt ərazisinə girdiyi iddia olunur.

News365.az xəbər verir ki, bu barədə BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan məlumat yayıb.

O, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Küveyt ərazisinə daxil olması ilə bağlı iddiaları pisləyib.

BƏƏ xarici işlər nazirinin sözlərinə görə, SEPAH üzvləri Bubiyan adasına terror planı həyata keçirmək məqsədilə daxil olublar.

Bin Zayed bu addımı qanunsuz müdaxilə kimi qiymətləndirib və BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb.

O bildirib ki, regionun təhlükəsizliyini təhdid edən bu cür addımlar qəbuledilməzdir.


Sizin reklam burada
Sizin reklam burada