ABŞ Qida və Dərman Administrasiyasının (FDA) rəhbəri Marti Makarinin istefa verməyi planlaşdırdığı bildirilir.
News365.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə məlumatlı iki mənbə məlumat yayıb.
Qeyd olunub ki, bu qərar federal səhiyyə qurumunda növbəti rəhbər dəyişiklik hesab olunur.
İstefanın son həftələrdə artan ictimai müzakirələr və təzyiqlər fonunda baş verdiyi vurğulanır.