UEFA Millətlər Liqasının bürünc mükafatçısı bəlli oldu

UEFA Millətlər Liqasının bürünc mükafatçısı bəlli oldu
08 İyn 2025 21:30

UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib.


News365.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar.


Almaniyanın Ştutqart şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


Qeyd edək ki, bu gün həlledici oyunda Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.


Sizin reklam burada
Sizin reklam burada