UEFA-dan Əliyar Ağayevə növbəti TƏYİNAT

UEFA-dan Əliyar Ağayevə növbəti TƏYİNAT
03 Sen 2024 14:02

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

News365.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq


Youtube kanalımız