"Kəpəz"in futbolçusu Mahir Həsənov komandadan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi karyerasını I Liqa təmsilçisi "Difai"də davam etdirəcək.
O, cari mövsümün sonuna qədər icarə əsasında Ağsu təmsilçisinin şərəfini qoruyacaq.