Ümid edirəm ki, artıq hər kəs anlayır: real və davamlı Avropa təhlükəsizlik çərçivəsi Türkiyəsiz qurula bilməz.
News365.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyənin AB-yə güclü müsbət töhfələr verəcəyini izah etməyə davam edirik.
Türkiyənin Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil edilməsinin vaxtı çoxdan gəlib çatıb”, - o bildirib.