Türkiyədə 158 hərbçi saxlanıldı

Türkiyədə 158 hərbçi saxlanıldı
13:54

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 158 hərbçi saxlanılıb. 

News365.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin 41 vilayətində həyata keçirilən əməliyyat çərçivəsində 176 hərbçinin həbsinə order verilib və onlardan artıq 158 nəfəri saxlanılıb. 

Saxlanılanların əksəriyyəti Quru qoşunlarında xidmət edir.

Hazırda digər şəxslərin saxlanılması istiqamətində işlər aparılır.



Sizin reklam burada
Sizin reklam burada