Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News365.az xəbər verir ki, hadisə Bakı- Qazax avtomobil yolunun rayonun atakişili kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün paytaxta göndərilib.
Faktla bağlı araşdırma aparılır.