Tula kəşfiyyatçıları sərhədə mina maneələri quraşdırdılar

Tula kəşfiyyatçıları sərhədə mina maneələri quraşdırdılar
09:00

Tula kəşfiyyatçı desantları Rusiya və Ukrayna arasında dövlət sərhədinin bir hissəsinə mina maneəsi quraşdırıblar.  Nəticədə, Ukrayna Silahlı Qüvvələrinin daim Rusiya ərazisinə soxulmağa çalışdığı marşrutlardan biri bağlanıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə Kursk vilayətinin Qluşkovski rayonundakı bu ərazidə dövlət sərhədi bərpa edilib: "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə soxulmazdan əvvəl orada mühəndis maneələr şəbəkəsi var idi. Lakin düşmən Qərb texnikasından istifadə edirdi.  Nəticədə o, bir neçə dəfə dövlət sərhədini pozmağa nail olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural



Youtube kanalımız

Oxşar xəbərlər