Ukrayna silahlı qüvvələri Donbassda cəbhənin tamamilə dağılması ilə üzləşib.
“RİA Novosti”nin yaydığı məlumata görə, bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.
"İndiki vəziyyət ondan ibarətdir ki, Donbassda cəbhənin tamamilə dağılması baş verib”, - o vurğulayıb.
Onun fikrincə, Ukrayna ordusu faktiki olaraq artıq məğlub olub. Ritter əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin qalib gələ biləcəyi hansısa ssenarini simulyasiya etmək artıq mümkün deyil.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural