Bu gün
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet
uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti öz işinə
başlayıb. 30-dan artıq ölkənin dini liderlərinin qatıldığı Sammit iki gün davam
edəcək.
News365.az xüsusi müxbiri xəbər verir ki, Sammit iştirakçılarına
Azərbaycan Prezidenti İlham Əliyev müraciət ünvanlayıb.Dövlət başçısının müraciətini
Baş nazir Əli Əsədov oxuyub.
Qeyd edək
ki, Sammit iştirakçılarının Qarabağa və Şərq Zəngəzura da səfərləri
planlaşdırılır.
News365.az