Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb
News365.az xəbər verir ki, aralıq imtahanlarının keçirilməsində məqsəd tələbələrin tədris prosesi müddətində əldə etdikləri nəzəri biliklərin və praktiki bacarıqların sınaqdan keçirilməsidir. İmtahan sualları tədris planına uyğun olaraq hər bir fənnin təlim nəticələrinə (FTN) və Blum taksonomiyasının daha yüksək səviyyəli mərhələlərinə (təhlil, yaratma və tətbiqetmə) əsasən hazırlanır.
Qeyd edək ki, imtahanların sonunda tələbələrin nəticələri təhlil edilərək onların müvafiq fənlərdə nəzərdə tutulan təlim nəticələrini nə dərəcədə mənimsədikləri müəyyən olunur.