"Tramp seçkilərdə qalib gələrsə..."- Rasim Musabəyovdan açıqlama

"Tramp seçkilərdə qalib gələrsə..."- Rasim Musabəyovdan açıqlama
04 Noy 2024 14:35

"Tramp administrasiyasi qalib çıxdığı halda yaxın şərqlə daha sıx məşqul olacaq və onun  İranla bağlı münasibəti daha sərt  olacaq."

Milli Məclisin deputatı Rasim Musabəyov  bunu News365.az-a açıqlamasında deyib. 

Sabah ABŞ-da keçirilən prezident seçkilərinin əhəmiyyəti bütün dünya üçün olacaq. Cənubi Qafqaz üçün də müəyyən təsirləri olacaq. Əsas ABŞ-ın siyasəti regionla bağlı radikal dəyişməsə belə ancaq diqqət azala bilər. Daha həssas Azərbaycan Ermənistan  münasibətləri ilə yanaşı müəyyən təkliflərlə çıxış edirdi. Trampın bu məsələlərə marağı azalacaq və administrasiyasi tərəfindən də bu məsələlərlə ciddi məşqul olmasını müşahidə etməyəcəyik. Ancaq bunun əksi olaraq Tramp administrasiyasi qalib çıxdığı halda yaxın şərqlə daha sıx məşqul olacaq və onun  İranla bağlı münasibəti daha sərt  olacaq. Bu Cənubi Qafqazada proyeks ola bilər və müəyyən bir risklər yarada bilər. Mən düşünürəm ki,  ABŞ bizim bölgəmizə nə qədər az  müdaxilə etsə, bölgə onunla qalib gələ bilər və öz məsələləri ilə daha çox məşqul ola bilər ki,  xarici müdaxilələr olmadan onları yola versin. O cümlədən Azərbaycan Ermənistan münasibətləri, eyni zamanda Gürcüstanın inkişafı və seçimləri də daha çox daxili gündəliklə bağlı olacaq."- deyə bildirib. 


Youtube kanalımız

Oxşar xəbərlər