Tuğba Coşkun sosial şəbəkədə Güzide Durana söz atdı

Tuğba Coşkun sosial şəbəkədə Güzide Durana söz atdı
23 İyl 2025 16:12

Tuğba Coşkun bu ilin fevral ayında 7 illik sevgilisi Fikret Ormandan ayrılmışdı. Coşkunun bir neçə gün əvvəl sosial şəbəkədə etdiyi paylaşım, Fikret Ormanın hazırda birlikdə olduğu Güzide Durana bir göndəriş kimi şərh edildi.

News365.az xəbər verir ki, 1996-cı ilin "Best Model of Turkey" qalibi olan və iş adamı Adnan Aksoy ilə boşanma mərhələsində olan Güzide Duran, Beşiktaş Klubunun sabiq prezidenti Fikret Ormanla münasibətə başlayanda vəziyyət qarışmışdı. Onun əri bu münasibətə çox əsəbiləşmişdi.

Hazırda ataları ilə birlikdə İtaliyada olan Selin və Emir adlı övladlarını çox darıxdığını bildirən Güzide Duran hisslərini bu sözlərlə ifadə etmişdi:

“Haradasa hansı uşaq anası və ya atası haqqında pis bir şey eşitmək istər ki? İnsan nə anasını, nə də atasını dəyişə bilər. Bu həyatdır, bəzən həyat yoldaşları anlaşmaya bilər və ya boşana bilərlər. Amma uşaqlar intiqam vasitəsinə çevrilməməlidir.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada