ABŞ prezidenti Donald Trampın təyyarəsi İsveçrəyə çatıb.
News365.az xəbər verir ki, onun təyyarəsi təhlükəsiz şəkildə eniş edib.
Amerika lideri Davosda Dünya İqtisadi Froumunda iştirak edəcək.
***
ABŞ Prezidenti Donald Trampın olduğu təyyarə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına endikdən sonra Sürixə uçub.
News365.az AFP agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri daha kiçik ölçülü təyyarəyə keçib.
Endryus aviabazasına geri qayıtmaq barədə qərar təyyarədəki elektrik avadanlıqlarında nasazlıq aşkarlandıqdan sonra verilib.
Qeyd edək ki, D.Tramp Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək.
***
ABŞ Prezidenti Donald Trampın Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə (Air Force One) texniki nasazlıq səbəbindən ABŞ-yə geri qayıtmağa məcbur olub.
News365.az xəbər verir ki, “Air Force One" təyyarəsi Endryus birləşdirilmiş hərbi bazasına eniş edib.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt sonradan bildirib ki, prezident təyyarəsinin göyərtəsində elektrik sistemi ilə bağlı kiçik problem yaranıb. Təyyarə dəyişdirildikdən sonra Amerika liderinin yenidən Davosa qayıdacağı qeyd olunur.
***
ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcəyini açıqlayıb.
News365.az-ın məlumatına görə, o, bu barədə "Truth Social"da sosial şəbəkəsində paylaşım edib.
Tramp paylaşımında "NewsNation" telekanalında jurnalist Keti Pavliçə yerli vaxtla saat 22:00-da müsahibə verəcəyini qeyd edib. O, həmçinin Amerikanın Dünya İqtisadi Forumunda yaxşı təmsil olunacağını vurğulayıb və ölkəni şəxsən təmsil edəcəyini əlavə edib.
"Davosa gedirəm! Saat 22:00-da "NewsNation"da Keti Pavliçlə müsahibə. Xoş seyirlər! Amerika Davosda mənim tərəfimdən yaxşı təmsil olunacaq. Allah hamınızı qorusun!", - paylaşımda bildirib