Trampdan AB-yə məktub: Gələn ayın 1-dən etibarən...

Trampdan AB-yə məktub: Gələn ayın 1-dən etibarən...
18:45

ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edəcək.

News365.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"2025-ci il avqustun 1-dən etibarən Avropa Birliyindən ABŞ-a idxal olunan mallara, sektorlar üzrə ayrıca tətbiq edilən rüsumlardan əlavə olaraq, 30 faiz gömrük rüsumu tətbiq edirik", – deyə Ağ Evin rəhbəri Ursula fon der Leyene ünvanladığı məktubda bildirib.

Tramp həmin məktubu sosial şəbəkə platformasında paylaşıb.

O, həmçinin, Meksika Prezidenti Klaudia Şeinbauma ünvanladığı oxşar məzmunlu məktubu da yayıb.


Sizin reklam burada
Sizin reklam burada