Oğluna 40 gün 40 gecə toy edən milyonçu MƏHKƏMƏLİK OLDU

Oğluna 40 gün 40 gecə toy edən milyonçu MƏHKƏMƏLİK OLDU
11:44

Hindistanın ən varlı və nüfuzlu ailəsi sayılan Ambanilər, qurduqları Vantara Vəhşi Təbiət Krallığı səbəbilə istintaqa cəlb olunub.

News365.az xəbər verir ki, Hindistan Ali Məhkəməsi, ölkənin ən zəngin iş adamı Mukesh Ambaninin xeyriyyə fondu olan Reliance Foundation tərəfindən idarə edilən parkla bağlı müstəqil araşdırma aparılması barədə qərar verib.

Məhkəmə, parkda bəzi heyvanların qanunsuz yollarla əldə olunması və onlara pis rəftar edilməsi iddialarının araşdırılmasını istəyib. İstintaq çərçivəsində fillərin əldə edilmə prosesi, heyvanların şou məqsədilə istifadə olunub-olunmadığı və obyektin Hindistan Vəhşi Təbiət Qoruma Qanununa uyğunluğu araşdırılacaq.

Ailənin prestij layihəsi

Gucarat ştatının Camnagar şəhərində yerləşən layihə, Mukesh Ambani’nin kiçik oğlu Anant Ambaninin təşəbbüsü ilə həyata keçirilir. Vantara, Ambani ailəsinin ən nüfuzlu sərmayələrindən biri hesab olunur. Parkın rəsmi məlumatına görə, bu günə qədər minlərlə heyvan xilas edilib və dünyanın ən böyük fil xəstəxanası inşa olunub.

Heyvan haqları təşkilatlarının iddiası

Ali Məhkəmənin qərarı, heyvan haqları müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının açdığı ictimai maraqlı iddialar əsasında verilib.

Parkın sözçüsü isə Reuters-ə açıqlamasında bunları deyib:

“Biz şəffaflıq və qanunlara uyğun fəaliyyət göstərməyə sadiqik. İstintaq komissiyası ilə tam əməkdaşlıq edəcəyik. Missiyamız heyvanları xilas etmək, reabilitasiya etmək və onlara qayğı göstərməkdir.”


Sizin reklam burada
Sizin reklam burada