“ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib və atəşkəsin pozulmasından sonra İrana zərbə endirməməyi xahiş edib. Netanyahu isə hücumun miqyasını azaldıb”.
News365.az xəbər verir ki, bunu adı açıqlanmayan israilli məmur “Axios” portalının jurnalisti Barak Ravidə bildirib.
“Tramp çərşənbə axşamı günü Netanyahuya zəng edib və ondan İrana hücum etməməyi xahiş edib. Netanyahu isə Trampa bildirib ki, zərbəni ləğv edə bilməz və İranın atəşkəsi pozmasına hansısa cavab vermək zəruridir. Son nəticədə zərbənin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq, çox sayda hədəfə hücumu ləğv etmək və yalnız birinə zərbə vurmağa qərar verilib”, - deyə mənbə qeyd edib.