Tramp: Hazırda Putindən Ukraynada atəşkəs istəmək vaxtı deyil

Tramp: Hazırda Putindən Ukraynada atəşkəs istəmək vaxtı deyil
18 Sen 2025 23:15

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putindən Ukraynada atəşkəs istəmək vaxtı deyil.

News365.az "Bloomberg"ə istinadən xəbər verir ki, Tramp bunu təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Putindən atəşkəs istəmək vaxtı deyil. Əgər məcbur olsam, sərt tədbirlər görəcəyəm", - Ağ Ev rəhbəri qeyd edib.

Onun sözlərinə görə, hazırda əsas məsələ neftin qiymətini aşağı salmaqdır:

"Neftin qiymətləri düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə bitəcək".


Sizin reklam burada
Sizin reklam burada