ABŞ Prezidenti Donald Tramp Yeddilik Qrupu (G7) sammiti zamanı dünya liderləri ilə çoxsaylı təkbətək görüşlər keçirəcək, təqvim hazırda yekunlaşmaq üzrədir.
News365.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Livitt jurnalistlərə açıqlamasında deyib.
"Mən təsdiq edə bilərəm ki, prezidentin digər xarici liderlərlə kifayət qədər sayda təkbətək ikitərəfli görüşləri olacaq", - Livitt bildirib.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.